XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Nərminə Səmədova: “Ümid edirəm ki, sabah final yarışlarında da uğur qazanacağam”
İdman 19:56 / 20.04.2019

Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar  medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar.
Yarışların finalına vəsiqə qazanan və "AGF Trophy” mükafatına layiq görülən gimnastımız Nərminə Səmədova yarışlardan sonra "olimpnews.az” saytı ilə fikirlərini bölüşüb. 


-Turnirə hazırlıqlar  çox gərgin keçdi, amma yarışa hazırıq. Doğma divarlar arasında çıxış etmək çox yaxşıdır. Tamaşaçıların dəstəyi, alqışı bizə stimul verirdi. Finala keçdiyim üçün şadam. Ümid edirəm ki, sabah final yarışlarında da uğur qazanacağam. 
Bundan sonra biz iyulda Moskvada gənclər arasında keçiriləcək dünya çempionatına hazırlaşacağıq.   

33826 oxunub

InvestAZ