XƏBƏR LENTİ
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Azarkeşlər Tiranada iğtişaş yaradıblar
İdman 11:51 / 25.05.2022

Albaniyanın paytaxtı Tiranada İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klublarının UEFA Konfrans Liqasındakı final oyunundan öncə azarkeşlər arasında insident baş veriib.

Şəhərdə ən azı üç yerdə baş verən iğtişaşlara görə 10 polis yaralanıb.

Hüquq-mühafizə orqanları zorakılıq edən fanatlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. "Roma" tərəfdarları polislərə dəyənək və daşla hücum ediblər. Hər iki komandanın ümumilikdə 60 azarkeşi saxlanılıb.

Bundan əlavə, "Feyenoord"un 8 azarkeşi İtaliya müxalifətinin şüarlarını səsləndirən şəxsi stulla döydüyü üçün tutulub. Albaniya vətəndaşı xəstəxanaya aparılıb. Həmçinin Niderland təmsilçisinin 200-dək fanatı rəqib tərəfdarların yerləşdiyi məkana keçmək istəyərkən polislə toqquşub.

Qeyd edək ki, bu gün Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

25383 oxunub

InvestAZ