XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Məktəblilər arasında atletika yarışı keçirilib
İdman 20:42 / 19.04.2019
 
Naxçıvan Muxtar Respublika Stadionunda "Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri аrаsındа keçirilən yüngül atletika birinciliyi başa çatıb. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası, hər komandanın tərkibində isə 4 oğlan olmaqla, 68 idmançı iştirak edib. 
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Fərid Əsgərli, 200 metr məsafədə 11 nömrəli tam orta məktəbin şagirdi Murad Rəhimov, 400 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Nihal İmanov, 800 metr məsafədə isə 10 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Abbaslı birinci yerlərə layiq görülüblər.
Komanda hesabında 10 nömrəli tam orta məktəbin komandası birinci, 11 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Qalib komanda və idmançılara təşkilatçıların diplomları təqdim edilib.

36768 oxunub

InvestAZ