XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Karateçilərimiz Rabatda mübarizəyə başladılar
İdman 20:23 / 19.04.2019
  
Aprelin 19-da Rabatda Karate 1 Premyer Liqa seriyasından turnir start götürüb. Aprelin 21-dək davam edəcək nüfuzlu yarışda Azərbaycanı 14 idmançı təmsil edir. Kişilərdən ibarət yığma komandanın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84+) yer alıblar. Qadınlar arasında yarışlarda Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizə aparırlar. Roman Heydərov isə kata üzrə yarışda qüvvəsini sınayır.
Turnirə 78 ölkədən 700-ə yaxın karateçi qatılıb.


34204 oxunub

InvestAZ