XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çeçenistan mediasında III “Raquf Orucov Kuboku” turniri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
İdman 19:17 / 19.04.2019

Bakı İdman Sarayında təşkil olunan 21 yaşınadək gənclər arasında III "Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri ölkəmizlə yanaşı, xarici qonaqların da böyük marağına səbəb olub. Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstanı təmsil edən 13 klub komandasının mübarizə apardığı turnirdə Rusiyanın tərkibində Qroznının "Edelveys”, Mahaçqalanın Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi  (UGOEM) və Dərbəndin "Dinamo” komandaları da iştirak edib. Turnirdə qüvvəsini sınayan Çeçenistanın Qroznı komandası turnirlə bağlı videoçarx hazırlayaraq öz ölkəsinin yerli elektron mətbuatında paylaşıb.  Sözügedən videoçarxda turnirin açılış mərasimi, Qroznının "Edelveys” komandasının bürünc medal uğrunda keçirdiyi görüş, həmçinin mükafatlandırma mərasimi ilə bağlı maraqlı kadrlar əks olunub. Ümumi xronometrajı 1 dəqiqə 56 saniyə olan videoçarx saytlar və sosial media kanalları vasitəsi ilə paylaşılıb. Çeçenistan mediasında həmçinin, turnirin təşkilatçılığı haqqında da ətraflı məlumat verilib. 
İlk dəfədir ki, bu turnirdə iştirak edən Qroznının "Edelveys” klubu Çeçenistanın tanınmış komandalarından biridir.  
Qeyd edək ki, "Edelveys” klubu turnirin bürünc medalları uğrunda həlledici görüşdə "Judo Club 2012”nin ikinci komandasını üstələyərək üçüncü yerə layiq görülmüşdü.  
Həmin videonu sizə təqdim edirik. 




32655 oxunub

InvestAZ