XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



CEV tərəfindən beynəlxalq dərəcəli hakimimizə növbəti təyinat
İdman 13:20 / 18.01.2022
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb. E.Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının B qrupunda çıxış edən "Vakıfbank” (Türkiyə”) – "LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək. Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.
"Vakıfbank” – "LP Salo” oyunu yanvarın 20-də İstanbulda keçiriləcək.

15302 oxunub

InvestAZ