XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimizin heyəti açıqlandı 
İdman 13:47 / 16.01.2022
Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin Bakıdakı təlim-məşq toplanışı yekunlaşıb. Bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxan millimiz yanvarın 17-də Borgloon şəhərində Belçika yığması ilə keçiriləcək yoldaşlıq oyununa avtobusla yollanacaq. Belçika-Azərbaycan yoldaşlıq matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Millimizin heyətində Rövşən Hüseynli, Ramiz Çovdarov İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Emanoel Joao Rodrigues (hamısı "Araz-Naxçıvan"), Oliveira Villiams ("Sporting Paris", Fransa), Everton Kardoso "Levante U.D", İspaniya), Emin Kürdov (EKOL), Cohnatas Felipe ("Araz-Naxçıvan"), Eduardo Borges ("Halle-Gooik", Belçika), Rafael Vilela ("Palma Futsal", İspaniya), Fineo De Araujo ("Sporting Paris", Fransa) və Tiaqo Teles Martins (ACCS FUTSAL, Fransa) yer alıblar.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.


30641 oxunub

InvestAZ