XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Gələcəyin həkimləri voleybol yarışlarında fərqləniblər
İdman 10:48 / 15.04.2019


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında XIV Respublika Universiadası keçirilir. Universiadanın təqvim planına idmanın 10 növü - şahmat, dama, stolüstü tennis, basketbol, badminton, sərbəst güləş, yunan-Roma güləşi, cüdo, atletika və voleybol (qızlar və oğlanlar) daxil edilib. Universiadanın proqramına daxil olan voleybol (kişi) üzrə yarışlar Azərbaycan Tibb Universitetinin idman zalında keçirilib.
Oğlanlar arasında keçirilən voleybol yarışlarında 12 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə Azərbaycan Tibb Universitetinin komandası layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universiteti və
Azərbaycan Texniki Universitetinin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qızlar arasında voleybol yarışlarında isə 11 komanda mübarizə aparıb. Oğlanların yarışında olduğu kimi, burada da Azərbaycan Tibb Universitetinin komandası qalib adını qazanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin komandası ikinci, Gəncə Dövlət Universitetinin tələbələri isə üçüncü yeri tutublar.

34239 oxunub

InvestAZ