XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Məhsuldar sambaçı rəqiblərini qabaqladı
İdman 18:14 / 11.01.2022
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən məhsuldar qapıçılarının siyahısını açıqlayıb.
Siyahıya 2001-ci il yanvarın 1-dən sonrakı dövrdə ən azı 10 qol vuran qolkiperlər düşüb.
Buna dünyanın 18 qapıçısı nail olub. Cədvələ braziliyalı Rojerio Seni başçılıq edir. Braziliyalının hesabında 112 top var. İlk üçlüyü perulu Conni Veqas (37 qol) və Nigeriya təmsilçisi Vinsent Enyeama (24) tamamlayıblar.
On səkkiz qapıçıdan 7-si 20 və ya daha çox qol vurub. Azərbaycan futbolunun ən yaxşı bombardir qapıçısı Nizami Sadıqov "18-liy”ə düşməyib. Buna səbəb "Turan”da qolları sıralayan qolkiperin əsasən ötən əsrdə fərqlənməsi, XXI əsrdə az qol vurmasıdır.

41934 oxunub

InvestAZ