XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Fərid Qayıbov Heydər Əliyev adına İdman Konsert Kompleksində yaradılan şəraitlə tanış olub
İdman 17:06 / 06.01.2022

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yanvarın 6-da Heydər Əliyev adına İdman Konsert Kompleksinin fəaliyyəti ilə tanış olub. Nazir burada yaradılmış şəraitlə maraqlanıb, fitnes zalına baxış keçirib.

Kompleksdə "Zabit Səmədov” döyüş klubunda məşqləri izləyən nazir idmançılar və məşqçilərlə görüşərək fikir mübadiləsi aparıb, hazırlıq prosesi ilə maraqlanıb.

Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. F.Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarımızın birgə fəaliyyətinə dair tövsiyələr verib.

Görüşdə nazir müavini Mariana Vasileva, idman şöbəsinin müdiri Elnur Məmmədov və kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.


40398 oxunub

InvestAZ