XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona” və “Real” 1/8 finalda
İdman 12:03 / 06.01.2022
İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Günün maraqlı oyunlarından biri "Linares" və "Barselona” komandaları arasında olub. Oyunda hesabı erkən qolla meydan sahibləri açsalar da, bu üstünlüklərini qoruya bilməyiblər. Qonaqlar Osman Dembele və Ferran Jutqlanın qolları ilə qələbə qazanıblar. Katalonlar bu qələbə sayəsində 1/8 finala vəsiqə əldə ediblər.
Gecənin digər maraqlı oyunu isə "Alkoyano” və "Real Madrid” komandaları arasında olub. Görüş "Kral klubu”nun qələbəsi ilə başa çatıb -1:3.
Madrid Təmsilçisi də bu qələbə ilə adını 1/8 finala yazdırıb.
"Barselona” və "Real” komandaları ilə yanaşı, "Espanyol”, "Valensiya”, "Malyorka”, "Real Sosedad”, "Atletiko Baleres”, "Rayo Valekano” və "Real Betis” komandaları da növbəti mərhələyə vəsiqəni təmin ediblər.


30759 oxunub

InvestAZ