XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gənclər və idman naziri Reqbi Federasiyasının rəhbərliyi ilə görüşüb
İdman 10:51 / 30.12.2021
Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyi ilə görüşüb. Nazir ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb. O, qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da, ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var. Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.
Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, idman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.

29258 oxunub

InvestAZ