XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Xocəsən gölü ətrafında ağacəkmə tədbiri keçirilib
İdman 15:09 / 28.12.2021
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, idmançıların və könüllülərin iştirakı ilə Xocəsən gölü ətrafında ağacəkmə tədbiri keçirilib.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ağacəkmədə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, Olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.
Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.


29447 oxunub

InvestAZ