XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Klubu prezidentinin təqdimat mərasimi
İdman 11:45 / 28.12.2021
"Sərhədçi” Voleybol Klubunun prezidenti təyin olunan "Sərhədçi" İdman-Olimpiya Kompleksinin idman bölməsinin rəisi, polkovnik-leytenant, əməkdar məşqçi Firdovsi Umudovun təqdimat mərasimi keçirilib.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, mərasim torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca giriş sözü ilə idman kompleksinin rəisi polkovnik Elşən Mirzəyev çıxış edib. Mirzəev bu təyinatın komandanı uğura daşıyacağına inandığını bildirib.
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov da Firdovsi Umudovu təbrik edib və bu təyinatın klubun gələcəyinə müsbət təsir edəcəyini vurğulayıb.
Daha sonra Firdovsi Umudov yeni vəzifəsindən danışıb. O, Azərbaycan idmanına növündən asılı olmayaraq daim dəstək olacağını, uğur üçün əlindən gələni edəcəyini bildirib.
Sonda veteran məşqçi Oktay Musayev Firdovsi Umudovun təyinatına sevindiyini deyib və idmançılar adından ona təşəkkür edib.

29322 oxunub

InvestAZ