XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gənclər və idman naziri Beynəlxalq Boks Assosiasiyasının prezidenti ilə görüşüb
İdman 16:38 / 23.12.2021
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib. Görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən U.Kremlyov Bakıdakı səfərində qatıldığı tədbirlərdən danışıb. Kremlyovun səfərinin Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Qayıbov qeyd edib ki, ölkə bütün beynəlxalq idman qurumları kimi, IBA ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu toplantıda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.




28329 oxunub

InvestAZ