XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Zəka sahibimiz FIDE Super Final yarışında birinci oldu
İdman 15:27 / 23.12.2021
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yeniyetmə şahmatçılar arasında rapid üzrə FIDE onlayn Superfinal yarışında uğurla çıxış edərək turnirin qalibi olub. "Youth rapıd super fınal” adlanan turnirdə şahmatçımız 18 yaşadək qızlar arasında 10 turdan səkkiz xal toplayaraq birinci yeri tutub. Bu yaş qrupunda daha bir şahmatçımız Mələk İsmayıl 5,5 xalla üçüncü pillədə qərarlaşıb.
Daha bir şahmatçımız Xəzər Babazadə (16 yaş oğlanlar) isə altı xalla üçüncü yerə sahib olub.
Qeyd edək ki, yarış 10, 12, 14, 16 və 18 yaş qrupunda dairəvi sistem üzrə keçirilib. Hər yaş qrupunda altı şahmatçı mübarizə aparıb. Belə ki, onlardan üçü dünya kubokundan, ikisi Qran-Pri seriyasından, biri isə FIDE klassik reytinqinə görə ən yaxşı oyunçu kimi iştirak edib.
Turnirin ümumi mükafat fondu otuz min avrodur.


29017 oxunub

InvestAZ