XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



IBA-nın prezidenti Azərbaycana gələcək
İdman 11:22 / 22.12.2021
Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyov dekabrın 23-də Azərbaycana işgüzar səfərə gələcək.
Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib.
IBA rəhbəri səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov ilə görüşəcək. U.Kremlyov, həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq keçəcək.
Səfər dekabrın 24-də başa çatacaq.


29451 oxunub

InvestAZ