Pilotu qəsrdə cəngavər elan etdilər
İdman 16:02 / 20.12.2021
Formula 1-də çıxış edən "Mercedes” komandasının pilotu Lüis Hemilton mükafatlandırılıb. 36 yaşlı sürücü Vindzor qəsrindəki mərasimdə cəngavər rütbəsi alıb.
Yeddiqat dünya çempionu noyabrda "Britaniya imperiyasının cəngavəri” adına layiq görülmüşdü.
Qeyd edək ki, Lüis Hemilton bu il çempionluq titulunu qoruya bilməyib. O, Abu-Dabi Qran-prisində "Red Bull” komandasının pilotu Maks Ferstappenə uduzub.
28533 oxunub