XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



MOK-un vitse-prezidenti İtaliyanın ölkəmizdəki səfiri Claudio Taffurini qəbul edib
İdman 15:22 / 17.12.2021
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İtaliyanın ölkəmizdəki səfiri Claudio Taffurini qəbul edib. Qəbul zamanı Çingiz Hüseynzadə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında imzalanan anlaşma memorandumunu xatırladıb. MOK-un vitse-prezienti Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya ilk dövlət səfərində imzalanmış sənədin MOK və CONI arasında Olimpiya Hərəkatının inkişafını, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutan məqamlarından bəhs edib. MOK-un Baş katibi Azər Əliyev və Marketinq idarəsinin rəhbəri Mehman Kərimov MOK-un həmçinin İtaliya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili olan 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təkliflərini səfirə təqdim etdikdən sonra tərəflər əməkdaşlıq planlarını müzakirə edib.
İtaliyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Claudio Taffuri MOK-un yenidən seçilmiş vitse-prezidenti Çingiz Hüseynzadəni və Baş katib Azər Əliyevi təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Səfir eyni zamanda MOK ilə İtaliya səfirliyi arasında bir sıra əməkdaşlıq təkliflərinin ətrafında fikir mübadiləsi aparılmasının əhəmiyyətini vurğulayıb.

30446 oxunub

InvestAZ