XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Velosiped İdmanı Federasiyasında görüş olub
İdman 11:24 / 17.12.2021
Böyük Britaniyanın UCL Universitetinin professoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantlar və doktorantlarının elmi rəhbəri Maykl Pol Luzmor dekabrın 16-da Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVIF) qonağı olub. İdman tibb sahəsi üzrə dünyanın tanınmış mütəxəssislərindən sayılan britaniyalı qonaq Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və məşqçilərlə görüşərək fikir mübadiləsi aparıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, AzVİF-in vitse-prezidenti Fuad Hacıyev idmanda tibbi məsələlərin olduqca böyük önəm daşıdığını deyərək nəticələrin yüksəlməsi üçün bu sahəyə xüsusi diqqət yetirməyin vacibliyindən danışıb. Maykl Pol Luzmor idmançıların yüksək nəticələr qazana bilmələri üçün tibbi personalla məşqçilərin qarşılıqlı fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə təcrübəsini bölüşüb.
Federasiyanın prezidenti M.Quliyev səmimi görüşə görə Maykl Pol Luzmora məşqçi və idmançı heyəti adından təşəkkürünü bildirərək, bu cür görüşlərin və təcrübə mübadiləsinin yüksək nəticələrin qazanılmasına böyük töhfə verəcəyini deyib. Görüşdə britaniyalı qonaq idmançı və məşqçi heyətini maraqlandıran sualları cavablandırıb.


40017 oxunub

InvestAZ