XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Vilayət Eyvazov federasiya prezidenti seçildi
İdman 18:03 / 15.12.2021

Dekabrın 15-də Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsindən sonra nazir Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.

Daha sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov səsvermə nəticəsində Azərbaycan Atıcılıq Federasiyanın yeni prezidenti seçilib.

Konfransda, həmçinin İsmət Əliyev və Zemfira Meftaxətdinova federasiyanın vitse-prezidentləri, Ruslan Lunyov, Aynur Cəfərova, Əli Hüseynli və Rəsul Məmmədov isə İdarə Heyətinə üzv seçiliblər.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Sonda Azərbaycan Atıcılıq Federasiyasının yeni prezidenti Vilayət Eyvazov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. V.Eyvazov idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin xüsusilə diqqətə alınacağını vurğulayıb.


31277 oxunub

InvestAZ