XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Afrika Millətlər Kuboku ləğv ediləcək?
İdman 15:10 / 15.12.2021
Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku koronavirusa görə ləğv oluna bilər. Afrika Futbol Konfederasiyası (CAF) bu məsələ ilə bağlı təcili iclas keçirib və yarışın ləğv olunması məsələsi müzakirə olunub. Təşkilatçılar koronavirusla bağlı vəziyyətdən və "Omikron" ştamının yaranmasından narahatdırlar. Qurumun fikrincə, Avropadan oyunçuların və azarkeşlərin gəlişi epidemioloji vəziyyəti daha da pisləşdirəcək. Fransa və İngiltərə klubları karantin dövründə futbolçularını riskə atıb onları itirmək istəmədikləri üçün turnirin ləğvi təşəbbüsünü dəstəkləyiblər.
Yarış ləğv olunsa, 2022-ci il dünya çempionatı ilə üst-üstə düşməməsi üçün 2023-cü ildə gerçəkləşəcək.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2022-ci il 9 yanvar - 6 fevralda keçirilməlidir.


30226 oxunub

InvestAZ