XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



NBA tarixində yeni rekord
İdman 13:39 / 15.12.2021
Milli Basketbol Assosiasiyasında (NBA) tarixi rekord qeydə alınıb. Rekorda "Qolden Steyt" komandasının oyunçusu Stefen Karri imza atıb. 33 yaşlı idmançı buna "Nyu-York Siti"ni 105:96 hesabı ilə məğlub etdikləri qarşılaşmada nail olub. S.Karrinin 3 xallıq atışlarından 5-i dəqiq alınıb. O, karyerasında 2977 dəfə qövsdən kənarda fərqlənməyi bacarıb. Basketbolçu "Boston" və "Mayami"də çıxış etmiş Rey Allenin (2973) rekordunu arxada qoyub. Qeyd edək ki, Stefen Karri üç dəfə NBA çempionu olub.


32570 oxunub

InvestAZ