XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Tədqiqatçı alimin yeni kitabı çapdan çıxıb
İdman 14:54 / 14.12.2021
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü Dilqəm Quliyevin yeni kitabı işıq üzü görüb. İdman sahəsində tədqiqat aparan professorun yeni kitabı "İdman Akademiyası Olimpiya Oyunlarında (1952-2020)” adlanır. Respublikada bütün elmi sahələr üzrə ilk və yeganə olan biblioqrafiyada bədən tərbiyəsi və idmana dövlət qayğısı, Helsinki Olimpiya oyunlarından bu günədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının çıxışları ilə bağlı sənədli materiallar öz əksini tapıb. Müxtəlif bölmələrdə ayrı-ayrı dövrlərdə Olimpiya Oyunları hərəkatı işıqlandırılmış, müxtəlif illərə aid foto materiallar yer alıb. Biblioqrafiya məktəblilər, idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı olacaq. Monoqrafiyada Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə və məzunlarının idmanda göstərdikləri nəaliyyətlərinin tarixini öyrənib, təbliğ etmək üçün geniş əhatəyə malik olan ilk nəşrdir.
Kitab Milli Olimpiya Komitəsinin, Azəprbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, orta və ali məktəb müəllimlərinin, şagird və tələbələri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının «07» sentyabr 2021-ci il tarixli iclasında (protokol №1) müzakirə edilərək, bəyənilmiş və nəşri məqsədəuyğun sayılıb.

28989 oxunub

InvestAZ