XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Basketbol Federasiyasına yeni prezident seçildi
İdman 12:27 / 14.12.2021
Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının növbədən kənar hesabat-seçki konfransı keçirilib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.
Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.
Konfransda, həmçinin Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.
Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayıb.



31202 oxunub

InvestAZ