XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqası: təkrar püşk və yeni rəqiblər
İdman 19:19 / 13.12.2021
Dünən UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü yenidən atılıb. Qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinə vəsiqə əldə edən 16 komanda püşkdə 8 cütlükdə qərarlaşıb.
Reqlamentə əsasən qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikinci yeri tutmuş komandaların stadionlarında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.
Qeyd edək ki, tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. "Mançester Yunayted” və "Liverpul”un şarlarını səhv salan UEFA "Vilyarreal”la "Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalara yol verib. Məhz bu səbəbdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.
Xatırladaq ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22 - 23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

"Zaltsburq” (Avstriya) - "Bavariya” (Almaniya)
"Sportinq” (Portuqaliya) - "Mançester Siti” (İngiltərə)
"Benfika” (Portuqaliya) - "Ayaks” (Niderland)
"Çelsi” (İngiltərə) - "Lill” (Fransa)
"Atletiko” (Madrid, İspaniya) - "Mançester Yunayted” (İngiltərə)
"Vilyarreal” (İspaniya) - "Yuventus” (İtaliya)
"İnter” (İtaliya) - "Liverpul” (İngiltərə)
PSJ (Fransa) - "Real” (İspaniya)

30602 oxunub

InvestAZ