XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ” Fransa təmsilçisi ilə qarşılaşacaq
İdman 18:44 / 13.12.2021
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ”ın da rəqibi müəyyənləşib. Belə ki, komandamız Fransanın "Marsel” klubu ilə üz-üzə gələcək. "Qarabağ” ilk oyununu səfərdə, "Narıncı Velodrom” stadionunda keçirəcək.
Qeyd edək ki, qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq.
Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Söhbət Tottenhem” - "Renn” görüşündən gedir.
Reqlamentə əsasən pley-offda qrup ikinciləri Avropa Liqasının üçüncü yer sahibləri ilə görüşəcək. İlk matç avroliqanı üçün yerdə başa vuran komandaların stadionlarında təşkil ediləcək.
Məlumat üçün bildirək ki, pley-off mərhələsində ilk matçlar gələn il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həfət sonra oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:


Konfrans Liqası

Pley-off

"Marsel” (Fransa) - "Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - "Makkabi” (Təl-Əviv, İsrail)
"Fənərbağça” (Türkiyə) - "Slaviya” (Çexiya)
"Midülland” (Danimarka) - PAOK (Yunanıstan)
"Lester” (İngiltərə) - "Randers” (Danimarka)
"Seltik” (Şotlandiya) - "Bodo Qlimt” (Norveç)
"Sparta” (Çexiya) - "Partizan” (Serbiya)
"Rapid” (Avstriya) - "Vitess” (Niderland)/"Tottenhem” (İngiltərə)

29723 oxunub

InvestAZ