XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Mahir Emreli Polşa klubundan ayrılmaq istəyir
İdman 11:14 / 14.12.2021

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubundan ayrılmaq istəyir. 24 yaşlı forvard klubun günahı ucbatından müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə də əlaqə saxlayıb. Onu bu fikrə Plotsk "Visla”sı ilə matçdan sonra bazada azarkeşlər tərəfindən hücuma məruz qalmaları salıb.
Qarşıdurma nəticəsində döyülənlərdən biri olduğu söylənilən Mahir Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün "Zaqlebye”yə qarşı sabah keçiriləcək Polşa Ekstraklasasının III turundan təxirə salınan görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, yayda "Qarabağ”dan "Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.



35734 oxunub

InvestAZ