XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Məşhur hücumçu federasiya prezidenti seçildi
İdman 16:35 / 13.12.2021
"Real Madrid”, "Barselona” və "Anji” futbol komandalarının sabiq hücumçusu Samuel Eto O Kamerun Futbol Federasiyasının prezidenti seçilib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 40 yaşlı futbolçunun karyerası 2019-cu ildə başa çatıb.
Samuel Eto O karyerası ərzində İspaniyanın "Barselona”, "Real Madrid” və "Malyorka”, İngiltərənin "Çelsi”, İtaliyanın "İnter”, Rusiyanın "Anji” və Türkiyənin "Konyaspor” kimi komandalarında çıxış edib. O, üç dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi, iki dəfə - İspaniya və İtaliya kuboklarının, İspaniya Superkubokunun sahibi, bir dəfə İtaliya çempionu, İtaliya Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Kamerun millisinin tərkibində 118 oyun keçirib və 56 qol vurub ki, bu da milli komandanın tarixində ən yaxşı göstəricidir. Samuel Eto O dörd dəfə Afrikada ilin ən yaxşı oyunçusu seçilib.

28501 oxunub

InvestAZ