XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Ən çox gəlir əldə edən qadın tennisçilər
İdman 16:23 / 13.12.2021
Karyerası ərzində ən çox gəlir əldə edən qadın tennisçilərin siyahısı açıqlanıb. "Böyük dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams 94 milyon 518 min 971 dollarla cədvələ başçılıq edir. Serenanın bacısı Vinus isə ikinci pillədə qərarlaşıb. O, karyerası ərzində 42 milyon 280 min 541 dollar qazanıb.
Üçüncü yerdə isə 38 milyon 777 min 962 dollarla Mariya Şarapova qərarlaşıb.
İlk onluqda Simona Halep, Karolin Voznyatski, Viktoriya Azarenka, Petra Kvitova, Anjelik Kerber, Aqneşka Radvanska və Svetlana Kuznetsova yer alıblar.

37413 oxunub

InvestAZ