XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Ferrari” və “Alfa Romeo”nun adları dəyişdirildi
İdman 14:10 / 13.12.2021
Formula 1 üzrə dünya çempionatında mübarizə aparan "Ferrari” və "Alfa Romeo” komandalarının adlarında dəyişiklik edilib. Hazırda rəsmi olaraq "Scuderia Ferrari Mission Winnow” adı ilə mübarizə aparan İtaliya komandası sadəcə, "Scuderia Ferrari” adlanacaq. 2018-ci ildə "Filipp Morris İntenational” tütün şirkəti ilə müqavilə imzalayan "Ferrari” məcburiyyətdən belə bir addım atmaq qərarına gəlib. Artıq avtodromlarda tütün şirkətlərinin reklamı ləğv edilir.
Son bir neçə ildir digər komandalar da bolidlərindən zərərli vərdişlərin təbliğini əks etdirən yazıları yığışdırır. "Alfa Romeo Racing ORLEN” komandası isə adında cüzi dəyişiklik edib. Bundan sonra komanda "Alfa Romeo F1 Team ORLEN” adlandırılacaq.

29427 oxunub

InvestAZ