XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Konfrans Liqası: "Qarabağ"ın "Bazel" sınağı
İdman 17:15 / 09.12.2021
Bu gün futbol üzrə UEFA Konfrans Liqasında qrup mərhələsinin sonuncu - VI turunun oyunları keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ” klubu da bu gün meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu Ağdam təmsilçisi H qrupundakı sonuncu sınağında İsveçrənin "Bazel" klubu ilə üz-üzə gəəcək. İsveçrədə "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.
Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.
Qeyd edək ki, bu qrupun digər oyununda Kiprin "Omoniya"klubu Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.


29558 oxunub

InvestAZ