XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan kubokunda daha 4 çəki dərəcəsində qaliblər müəyyənləşdi
İdman 12:09 / 09.12.2021
Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan kuboku davam edir. Yarışın ikinci günündə 4 çəki dərəcəsində qaliblər müəyənləşib. Belə ki, qadınlar 52 kq, 70 kq, kişilər isə 66 kq və 90 kq çəki dərəcələrində güclərini sınayıblar. Qadınlar arasında Səbinə Əliyeva (52 kq, "Təhsil” İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri) və Günel Həsənli ("Zirvə” İdman Klubu, Abşeron) qalib adına layiq görülüblər. Kişilərin yarışında isə Kəramət Hüseynov (66 kq, "Qəbələ” İdman Klubu, Bakı), Rüfət İsmayılov (90 kq, "Cüdo Klubu 2012”) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Azərbaycan kubokuna bu gün yekun vurulacaq.

34055 oxunub

InvestAZ