XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü
İdman 13:42 / 03.12.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və "Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq "Çempionumuz” sosial idman layihəsinin növbəti görüşü Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə baş tutub. Layihənin növbəti qonağı aikido idman növü üzrə 5 dan qara kəmər sahibi Ramin Yuifov və qızı Kombat Ciu-Citsu üzrə dünya çempionu Fidan Yusifova olub. Görüşdə Ramin Yusifov öz idman həyatı və idmana gəlişi barədə şagirdlərə məlumat verib. O, şagirdlərə idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edib və onları maraqlandıran suallara ətraflı cavab verib. Sonda isə müəllimlər və şagirdlər idmançılarla xatirə şəkilləri çəkdiriblər.



18213 oxunub

InvestAZ