XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azərbaycan birinciliyi: İlk yarış gününün qalibləri müəyyənləşdi
İdman 11:17 / 03.12.2021
Gənclər arasında taekvondo üzrə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən Azərbaycan birinciliyinin ilk yarış günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Qızlar arasında keçirilən yarışlarda Səbinə Quliyeva (44 kq), Nərgiz Kazımova (49 kq), Fatimə Həsənova (59 kq), Elnarə İbrahimova (63 kq) qızıl medal qazanıblar.
Oğlanların yarışında isə Xıdır Məmmədov (45 kq), Nihad Məmmədzadə (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq) bütün rəqiblərini məğlub edərək qalib adına layiq görülüblər.
Yarışda 2005-2007-ci il təvəllüdlü idmançılar iştirak edirlər. Birincilikdə 226 taekvondoçu mübarizə aparır.


23644 oxunub

InvestAZ