XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Milli Olimpiya Komitəsinin üç üzvü AOK-un müxtəlif komissiyalarının üzvü seçilib
İdman 11:24 / 27.11.2021
Avropa Olimpiya Komitələrinin (AOK) Slovakiyanın Şamorin şəhərində keçirilən 41-ci seminarında bir sıra mühüm məsələlər müzakirə edilib. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminarda AOK-un icraiyyə komitəsinin iclası da keçirilib. Belə ki, icraiyyə komitəsi növbəti dövr üçün doqquz komissiya və iki işçi qrupun yeni tərkibini təsdiqləyib. Qərara əsasən, Azərbaycan Milli Olimpiya Komitəsinin üç əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalının, Mehman Kərimov marketinq, Anar Bağırov isə Avropa İttifaqı və Beynəlxalq Əlaqələr komissiyalarının yeni üzvləri olaraq təsdiq ediliblər. MOK-un üç üzvünün AOK-un müxtəlif komissiyalarına üzv seçilməsi qurumun son 29 illik tarixində bir ilkdir.
Seminar müddətində qitə ölkələrinin MOK-ları Tokio Yay Olimpiya Oyunlarının yekunları haqqında təqdimatı dinləyib, Pekin-2022 Qış Olimpiya Oyunları, Vuokatti-2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa-2022 Avropa Gənclər Yay Olimpiya Festivalı və Krakov-2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq bir sıra vacib məsələlərə dair qeyd və təkliflərini veriblər.
Seminarda müzakirə olan mühüm sənədlərdən biri də AOK-un 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub. Bununla yanaşı, MOK-lar Avropa İttifaqının qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlarla tanış olublar.
Seminarın ənənəvi tədbirlərindən biri 2021-ci il üçün qitənin ən güclü yay idmanı üzrə atletinin müəyyən edilməsi olub. Beləliklə, beş finalçı arasından rumıniyalı David Popovici "Avropanın ən güclü gənc atleti” seçilərək 10-cu "Pyotr Nurovski” mükafatına layiq görülüb.


37160 oxunub

InvestAZ