XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gimnastımız 28-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazandı
İdman 11:09 / 29.11.2021
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarına yekun vurulub.
Noyabrın 28-də Milli Gimnastika Arenasında yarışın bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin birinci vitse-prezidenti Migel Visente Marino yüksək təşkilatçılığa görə, ali qurum adından minnətdarlığını bildirib.
Qeyd edib ki, son iki həftədə Bakı batut gimnastlarını bir araya topladı. Yarışda yetərinci güclü idmançılar çıxış etdilər. Onlar artıq gələcəkdə keçiriləcək Olimpiya Oyunları barədə düşünürlər. Hazırki Olimpiya çempionları məhz dünya yaş qrupları yarışlarında çıxış ediblər.
Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şəraitin yaradıldığını deyən vitse-prezident vurğulayıb ki, bu yarışın təşkili batut gimnastikasının inkişafına töhfə verəcək.
Sonda Migel Visente Marino yarışı bağlı elan edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparıb. Ölkəmiz yarışda 15 gimnastla təmsil olunub. Gimnastlar batut, tamblinq, ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış ediblər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparıblar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşib. Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutub. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edib.
Komandamız dörd gün davam edən yarışı bir qızıl medalla başa vurub. Ölkəmizə yeganə medalı Maqsud Maqsudov qazandırıb. 13-14 yaş kateqoriyasında batut gimnastikası yarışlarında fərdi proqram üzrə mübarizə aparan təmsilçimiz finalda 56,200 xal toplayıb. İlk üçlüyü Rusiya gimnastları - Vitaliya Çivaqa (54,630 xal) və Lev Busarev (54,345 xal) tamamlayıblar.


55967 oxunub

InvestAZ