XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycan Premyer Liqası: XI tura “Qarabağ” - “Keşlə” oyunu ilə start veriləcək
İdman 14:44 / 19.11.2021
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. Turun ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Açılış matçında turnirin lideri olan Ağdamın "Qarabağ” klubu 10 xalla altıncı sırada qərarlaşan "Keşlə” klubu ilə üz-üzə gələcək. Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə qarşılaşıblar. Bunların 31-də Ağdam komandası, 13-də isə paytaxt təmsilçisi qələbə qazanıb. 23 oyunda isə qalib müəyyənləşməyib.
Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən üç xalla ayrılıb.
"Azərsun Arena” stadionunda saat 19:00-da başlayacaq oyunu Kamal Umudlu idarə edəcək.
Qeyd edək ki, turun digər oyunları noyabrın 20-21-də keçiriləcək.


29708 oxunub

InvestAZ