XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Məşqçi və yetirməsi Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təltif olundu
İdman 13:04 / 19.11.2021
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub. Sərbəst güləş üzrə məşqçi-müəllim kimi yüksək nəticəli idmançılar yetişdirən Faiq Xəlilov və onun yetirməsi Cavid Cavadov idman ustası fəxri adı aldığı üçün həmçinin, 8 noyabr - Zəfər Günü münasibətilə media sahəsində göstərdiyi dəstəyə və tədbirləri dəqiq və operativ işıqlandırdığı üçün Kəpəz TV-nin bir sıra əməkdaşları Baş İdarəyə dəvət olunaraq təltif olunublar.
Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, məşqçi-müəllim Faiq Xəliıovu və onun yetirməsi Cavid Cavadovu idman ustası fəxri adı alması münasibətilə təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb. O, Gəncə şəhərində bütün idmançılarının Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib. Həmçinin Baş İdarə rəisi Həmid Nəsirov Kəpəz TV-nin əməkdaşlarınıda media sahəsində göstərdikləri dəstəyə və Baş İdarə tərəfindən keçirilən tədbirləri işıqlandırdıqları üçün öz təşəkkürünü bildirib.


34218 oxunub

InvestAZ