XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Nərimanov Rayon Gənclər və İdman İdarəsini təltif edilib
İdman 18:00 / 16.11.2021
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Nərimanov Rayon Gənclər və İdman İdarəsini təşəkkürnamə ilə təltif edib. Bu barədə Nərimanov Rayon Gənclər və İdman İdarəsi sosial mediadakı hesabında məlumat verilib. Məlumatda deyilir:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "8 Noyabr – Zəfər Günü” münasibəti ilə həvəskarlar arasında "Unutma, YAŞAT” şüarı ilə mini futbol turniri keçirilmişdir.
Mini futbol turnirində Nərimanov Rayon Gənclər və İdman İdarəsini rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimlərindən ibarət komanda layiqincə təmsil edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin həvəskarlar arasında "Unutma, YAŞAT” şüarı ilə təşkil etdiyi mini futbol turnirinə 8 noyabr 2021-ci il tarixində - Zəfər Günündə yekun vurulub.
64 komandanın iştirakı ilə başlanan turnirdə bir sıra nazirliklər, idman federasiyaları, ali təhsil müəssisələri, QHT-lər və Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan idarə və təşkilatlar təmsil olunublar.
Beləliklə, "8 Noyabr – Zəfər Günü” münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həvəskarlar arasında keçirilən Unutma, YAŞAT” şüarı ilə mini futbol turnirində fəal iştirak etdiyinə görə Nərimanov Rayon Gənclər və İdman idarəsi təşəkkürnamə ilə təltif edilib.

45279 oxunub

InvestAZ