XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Qətər-2022: Bu gün pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək
İdman 13:28 / 16.11.2021
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə noyabrın 16-da yekun vurulacaq. X turun sonuncu oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş təşkil olunacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.
Gecənin ən maraqlı oyunları G qrupunda olacaq. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveç komandası ilə üz-üzə gələcək. Qrupun digər oyununda Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşacaq. "Narıncılar”ın dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaları üçün heç-heçə də kifayət edir. Hər ikisinin aktivində 18 xal olan Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.

DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr

D qrupu

Finlandiya – Fransa;

Bosniya və Herseqovina – Ukrayna.

Qrupdakı vəziyyət: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

Uels – Belçika;

Çexiya – Estoniya.

Qrupdakı vəziyyət: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

Cəbəllütariq – Latviya;

Monteneqro - Türkiyə;

Niderland – Norveç.

Qrupdakı vəziyyət: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.

28223 oxunub

InvestAZ