XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Gəncədə basketbol üzrə açıq şəhər birinciliyi keçirilib
İdman 12:00 / 16.11.2021
Gəncədə basketbol idman növü üzrə yeniyetmələr arasında açıq şəhər birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksində təşkil olan görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, İdman kompleksinin və Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbərliyi iştirak edib. Baş İdarə rəisi Həmid Nəsirov çıxış edərək ölkəmizdə Bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğıdan danışıb, basketbol idman növünə marağın daha da artırılması üçün belə yarışların keçirilməsinin əhəmiyyətindən bəhs edib və yarışda iştirak edən yeniyetmə idmançılara uğurlar arzulayıb.
Turnirin yekununda qalib gələn komandalar diplom, medal və kubokla mükafatlandırılıblar.


36242 oxunub

InvestAZ