XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sablyaçımız Türkiyədə bürünc medal qazandı
İdman 12:04 / 15.11.2021
Azərbaycanın yeniyetmə sablyaçısı Zərifə Hüseynova Türkiyənin İstanbul şəhərində keçirilən "Yıldızlar Kılıç Cırcuit” turnirində bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadanımız pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü "8-liy"ə yüksəlib.
Burada türkiyəli Gökce Sena Üstünə 10:15 hesabı ilə məğlub olan Z.Hüseynova yekun sıralamada 100-dən çox idmançı arasında 7-ci olub və turnirin bürünc medalına layiq görülüb.
Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü "64-lüy"ə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.
Sablya üzrə yeniyetmə qızların komanda yarışındakı ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci komandasına 41:45 hesabı ilə məğlub olub. Yeniyetmə qız sablyaçılar 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə yenilib
Turnirdə görüşləri idarə hakimlər arasında gənc azərbaycanlı referi Cavanşir Ağakişiyev də olub.

51997 oxunub

InvestAZ