XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəli Romada alovlandırılacaq
İdman 10:06 / 11.04.2019

Aprelin 12-də İtaliyanın paytaxtı Romada "Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının məşəlinin alovlandırılması mərasimi keçiriləcək.
Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak edəcəklər.
Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqo və digər ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Xatırladaq ki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-28-də Bakıda keçiriləcək. Əlli ölkədən 3600-a yaxın atletin iştirak edəcəyi festivalda atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə mübarizə aparacaqlar. Festivalda 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcək.

33819 oxunub

InvestAZ