XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qürurla irəli” şüarı ilə “Qələbə qaçışı”
İdman 14:28 / 09.11.2021

Noyabrın 9-da Gənclər və İdman Nazirliyi Bakı şəhərində əhalinin bütün təbəqələrini əhatə edən xeyriyyə məqsədli "Qələbə qaçışı” təşkil edib. "Qürurla irəli” şüarı ilə təşkil olunan qaçış 5000 metr məsafəni əhatə edib. Dənizkənarı Milli Park ərazisində təşkil edilən qaçış "Elektra Hall”ın qarşısından start götürüb və Bakı Dəniz Vağzalı yaxınlığında başa çatıb. Qaçışda iştirak etmək üçün ümumilikdə 1246 nəfər qeydiyyatdan keçib. Hər bir iştirakçı əvvəlcədən edilmiş elan üzrə "YAŞAT Fondu”na ianə edərək qeydiyyatdan keçiblər. Qaçışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiya çempionu İlham Zəkiyevin "start!” atəşindən sonra qaçış başlayıb. Kişilər kateqoriyasında Elman Abışov (17,50 dəqiqə) qalib gəlib. Allahqulu Hüseynov (18,05) və Namiq Əsədov (18,31) isə müvafiq olaraq, ikinci-üçüncü yerləri tutublar. Qadınlar arasında finişə Anna Yusupova (18,35) birinci çatıb. Rəbiyyə Orucova (23,21) ikinci, Sevda Verdiyeva (24.58) isə üçüncü olublar. Fair play mükafatı qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyevə (82 yaş) təqdim edilib.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və mükafatları, eləcə də sponsorların hədiyyələri təqdim olunub. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev və Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri İlqar Mustafayev təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra urban (şəhər) idman oyunları, master klaslar və digər maraqlı tədbirlər təşkil olunub.

32531 oxunub

InvestAZ