XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Beynəlxalq Cüdo Federasiyasının prezidenti ad gününü Bakıda qeyd etdi
İdman 16:15 / 08.11.2021
"Böyük Dəbilqə” yarışı üçün ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer doğum gününü Bakıda qeyd edib. Ötən gün 63 yaşı tamam olan ruminiyalı mütəxəssisin ad günü ziyafəti paytaxtın məşhur hotellərindən birində təşkil olunub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, federasiyanın keçmiş rəhbərləri Rövnəq Abdullayev və Füzuli Ələkbərov, müdafiə sənayesi naziri Mədət Quliyev, cüdoçular və idman ictimaiyyətinin digər tanınmış nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı məşhur müğənni Al Bano olub.
Qeyd edək ki, əslən Rumıniyadan olan Marius Vizer 2007-ci ildən Beynəlxalq Cüdo Federasiyasına rəhbərlik edir.


42738 oxunub

InvestAZ