XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Şahmatçılarımız Riqada mükafatçılar sırasına düşə bilmədilər 
İdman 13:20 / 08.11.2021
Latviyanın paytaxtı Riqada keçirilən şahmat üzrə "Grand Swiss-2021” turnirinə yekun vurulub. Yarışın sonuncu tutunda qrossmeysterimiz Rauf Məmmədov ermənistanlı Sergey Movsesyan, Vasif Durarbəyli polşalı Mateus Bartel, Nicat Abasov isə ukraynalı Martin Kravtsiv ilə heç-heçəyə razılaşıb. Gənc şahmatçımız Aydın Süleymanlı isə almaniyalı Dmitri Kollarsa məğlub olub.
Son turda qeydə alınan nəticələrdən sonra təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyiblər. Şahmatçılarımızdan V.Durarbəyli 4,5 xal, A.Süleymanlı, R.Məmmədov, N.Abasov hərəyə 4 xal toplayıblar.
İsveçrə sistemi üzrə keçirilən 11 turndan ibarət olan turnirin qalibi adını isə 8 xalla Fransa təmsilçisi Alireza Firuzca qazanıb.


36827 oxunub

InvestAZ