XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi
İdman 21:36 / 07.11.2021
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında Zəfər turunun son oyunu keçirilib. "Kapital Bank Arena"da təşkil olunan qarşılaşmada "Sumqayıt" klubu "Qarabağ"la üz-üzə gəlib. Görüş ağdamlıların 4:0 hesablı qələbəsi ilə bşa çatıb.
Oyunda hesab 39-cu dəqiqədə açılıb. Ramil Şeydayev qapıçı ilə təkbətəkdən yararlanıb. İlk hissənin sonlarına əlavə olunmuş üçüncü dəqiqədə Musa Qurbanlı fərqi iki topa çatdırıb.
Görüşün digər qolları isə ikinci hissədə vurulub. Əvvəlcə 51-ci dəqiqədə kapitan Maksim Medvedev penalty zərbəsindən sonra "Gənclik şəhəri” təmsilçisini məyus edib. Oyunda son nöqtəni isə Musa Qurbanlı 76-cı dəqiqədə qoyub. Baş məşqçi Qurban Qurbanovun oğlu özünün ikinci, komandasının dördüncü qolunu vurub.
Bu qələbə sayəsində "Qarabağ" 10 oyundan sonra xallarını 23-ə çatdıraraq, liderliyini möhkəmlədib. Ağdam komandası ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqi 5-ə çatdırıb. Aktivində 11 xalı olan "Sumqayıt" isə 5-ci pillədə yer alıb.
Xatırladaq ki, turun digər oyunlarında "Keşlə" dogma meydanda "Neftçi"dən (3:2), "Qəbələ" isə səfərdə "Səbail"dən güclü olub -2:0. "Sabah" və "Zirə" komandalarının oyununda isə qalib müəyyənləşməyib - 3:3.


47138 oxunub

InvestAZ