XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb
İdman 21:49 / 06.11.2021
Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.
Bu münasibətlə o, "Böyük dəbilqə"nin təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb. Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadıq Sadıqova cüdonun banisi Ciqoro Kanonun nüfuzlu "Herend" şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.
Daha sonra Marius Vizer zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.


28631 oxunub

InvestAZ