XƏBƏR LENTİ
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz dünya çempionatlarında 7-ci qızıl medalı qazanıb
İdman 12:21 / 06.11.2021
Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub. Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 təmsilçimiz belə uğura imza atıb.
Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçumuz 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub. Yığmamıza ilk qızıl medalı 2003-cü il Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildə mundialda Azərbaycan himnini səsləndirib. Ümumilikdə 5 çempionumuz 7 qızıl medal əldə edib.
Yığmamız indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11 bürünc medaldır.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan Alfonso dünya çempionatının finalında finalda braziliyalı Keno Maçadoya qalib gəlib.

30266 oxunub

InvestAZ